Kolumbiyanın Putumayo departamentində baş verən təbii fəlakət nəticəsində ölənlərin sayı artıb.
Bu barədə "Caracol” radiosu məlumat yayıb.
Məlumata əsasən sel nəticəsində ölənlərin sayı 273-ə çatıb. Artıq ölənlərdən 100-nün cəsədi ailələrinə verilib.
Daha əvvəl 262 nəfərin öldüyü İlkin məlumata görə, sel qurbanlarının sayı 112-yə çatıb. Çoxlu sayda insan itkin düşüb.
Prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət tətbiq edib. Fəsadların aradan qaldırılması üçün ilkin olaraq 14 milyon dollar ayrılıb.
Qeyd edək ki, faciəyə səbəb güclü yağışlar nəticəsində Mokoa çayının mərcarısdan çıxması olub. 45 min insan elektriksiz qalıb. 17 rayon xəsarət çəkib.