Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanı parlament seçkilərində Respublika partiyasının qələbəsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Xalq səsverməsinin yekunları erməni vətəndaşları arasında şəxsən sizə və rəhbərlik etdiyiniz partiyaya yüksək etimadı tam həcmdə təsdiq etdi. Bu həm də sosial-iqtisadi inkişafın aktual məsələlərinin həllində və Ermənistanın milli maraqlarının qorunmasında sizin xidmətlərinizin etirafıdır”.
Putin gələcəkdə Rusiya ilə Ermənistan arasında müttəfiqlik münasibətlərinin daha da möhkəmlənəcəyinə əmin olduğunu vurğulayıb.