Almaniyada BMW zavodunda partlayış - xəsarət alanlar var

Bavariya federal torpağında yerləşən "BMW" avtokonserninə məxsus zavodda partlayış baş verib.

 İctimaifikir.az Trend-ə istinadən xəbər verir ki, partlayışda 5 nəfər xəsarət alıb.

Polisin məlumatına görə, zavodda sıxılmış qaz balonu partlayıb. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu, helikopterlə xəstəxanaya aparıldığı bildirilir.




[email protected]