Türkiyənin baş naziri Binali Yıldırım rus xalqına başsağlığı verib.
Baş nazir bu barədə tvitterdəki rəsmi profilində yazıb: "Sank-Peterburqda meydana gələn partlayış səbəbilə Rusiyanın baş naziri Dmitri Medvedevə başsağlığı verirəm, rus xalqının acısını paylaşıram.”
Yıldırım Medvedevin adını etiketləyərək eyni mətni rusca da paylaşıb.