Azərbaycanlı fəhlələri daşıyan lift 12 metrlik yüksəklikdən yerə çırpılıb

Rusiyanın Voloqda vilayətinin Çerepovets şəhərində yük lifti 12 metrlik yüksəklikdən yerə çırpılıb. Bildirildiyinə görə, liftdə olan 6 fəhlədən bəziləri Azərbaycan vətəndaşları olub.

Azərbaycanlı fəhlələri daşıyan lift 12 metrlik yüksəklikdən yerə çırpılıb

İctimaifikir.az virtualaz.org-a istinadən bildirir ki, ağır xəsarət alanlar fəhlələr xəstəxanaya çatdırılıb.

Fəhlələr liftlə metal lövhələri daşıyırmışlar. 47 yaşlı Familin onurğa sütunu sınıb. Faciədə o, özünü günahlandırır - texniki təhlükəsizlik qaydalarını pozub.

 

Qeyd olunur ki, lift insanları sdaşımaq üçün nəzərdə tutulmayıbmış.

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırırlar.




[email protected]