Bakı metrosunda oğurluq hadisəsi baş verib.
İctimaifikir.az DİN-ə istinadən xəbər verir ki, aprelin 1-də metronun "20 Yanvar" stansiyasının keçidində yerləşən köşklərdən birində işləyən satıcının mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Hüseyn Abbasov Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Araşdırma aparılır.