Bakıda qadını şəkilləri ilə şantaj edən şəxslərin cəzası bilindi

Bakıda qadını lüt şəkillərlər şantaj edən şəxslərə hökm oxunub. Hər iki şəxs 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

 İctimaifikir.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı hədə-qorxu gələn Fəqan Nəcəfov və Orxan Sultanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Novruz Kərımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən Fəqan Nəcəfov və Orxan Sultanlı 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bildirək ki, hər iki şəxsin əməli barədə DİN rəsmi məlumat yaymışdı.

Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Fəqan Nəcəfov və Orxan Sultanlı tutulub.

Onlar paytaxt sakini Əfsanə Abbasovaya hədə-qorxu gələrək, onun 700 ABŞ dollarını alıblar.

İttihama görə, zərərçəkmiş təqsirləndirilən şəxslərdən birinə öz şəkililərini göndərib və sonradan bu şəkillərlə şantaj edilib.




[email protected]