Rusiya Qarabağ separatçılarının “KVN”-inə meydan verdi

Qarabağ məsələsində çoxbaşlı oyun oynayan Rusiya Azərbaycanın etirazlarına baxmayaraq, növbəti dəfə Qarabağ separatçılarına meydan verib.

 İctimaifikir.az Musavat.com -a  istinadən xəbər verir ki, oyuncaq "Dağlıq Qarabağ Respublikası”nın "Dağlarda toy” komandası Moskva və Moskva ətrafındakı yarışlara qatılıb. Ermənilərin iddiasına görə, aprelin 2-də keçirilən yarışa separatçıların bayrağı ilə 1/8 finalda oynayan komanda növbəti mərhələyə vəsiqəni təmin edib. Bundan əvvəl ermənilər daha iki mərhələ adlayıb. Separatçılar onu da iddia ediblər ki, Azərbaycanın etirazlarına baxmayaraq, onların komandası yarışın "ən yaxşılarından” sayılır. Onlar maneçiliklə üzləşməsələr, Rusiyanın Birinci kanalında çıxış etmək şansı qazanacaqlar.

Yəqin ki, Azərbaycan XİN-in və Mədəniyyət və Turizm Nazirliyinin məsələyə reaksiyası olacaq.




[email protected]