Beynəlxalq Bank Hafiz Məmmədovun şirkətini məhkəməyə verib

"Azəbaycan Beynəlxalq Bankı" ASC "Baghlan Group FZCO" şirkətini və "Baghlan Treydinq" MMC Naxçıvan filialını məhkəməyə verib.

 İctimaifikir.az-ın "Report"a istinadən  əldə etdiyi məlumata görə, bank 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr (kredit müqaviləsi üzrə) barədə tələb irəli sürüb.

İşə hazırda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Baghlan Group FZCO" şirkətinin sahibi "Bakı" klubunun prezidenti Hafiz Məmmədovdur.




[email protected]