Şüursuz və çılpaq xəstənin yanında rəqs edən həkimlər işdən qovuldu

Kolumbiyanın Bolivar şəhərində Santa Kruz xəstəxanasının beş əməkdaşını işdən qovublar.

 Şüursuz və çılpaq xəstənin yanında rəqs edən həkimlər işdən qovuldu

Buna səbəb onların şüursuz vəziyyətdə olan çılpaq xəstənin yanında rəqs etməsi olub. Həmin hadisə ilə bağlı videoyazı 28 martda Daily Maildə yer alıb. Nəşrin yazdığına görə, şüursuz vəziyyətdə olan pasient üzərində əməliyyat aparılmalı idi. Həkimləri peşə etikasını və protokolu pozduqlarına görə işdən uzaqlaşdırıblar.

 

Klinika rəhbərliyi baş vermiş hadisəyə görə rəsmi üzrxahlıq edib. 




[email protected]