Böyük Britaniayda göyərtəsində 5 nəfər olan helikopter yoxa çıxıb

Böyük Britaniyada göyərtəsində 5 nəfər olan helikopter yoxa çıxıb.

 

Böyük Britaniayda göyərtəsində 5 nəfər olan helikopter yoxa çıxıb


İctimaifikir.az-ın APA-ya istinadən verdiyi məlumata görə, "Twin Squirrel” markalı şəxsi helikopter İrland dənizi üzərində radarlardan itib.

Hadisə Uelsin Kaernafon şəhəri yaxınlığında baş verib. Milton Kins şəhərindən Dublinə uçan helikopterin tapılması üzrə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Məlumata görə, xilasetmə əməliyyatının aparılmasına pis hava şəraiti mane olur.


[email protected]