İraqın paytaxtı Bağdadın cənubunda yerləşən blokpostda minalanmış yük maşınının partladılması nəticəsində azı 13 nəfər ölüb, təqribən 40 nəfər yaralanıb.
İctimaifikir.az"Report"-a istinadən xəbər verir ki, bu barədə İraq polisindəki mənbəyə istinadən "Reuters" məlumat yayıb.
***
İraqın paytaxtı Bağdadda törədilən partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb, 60 nəfər yaralanıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze nəzarət-keçid məntəqəsində yük maşınına yerləşdirilmiş partlayıcı qurğunu işə salıb.
Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib. Partlayışın İŞİD qruplaşması tərəfindən təşkil edildiyi ehtimal olunur.