ABŞ-ın Kabildəki səfirliyinin 6 əməkdaşı narkotik vasitələrdən qanunsuz istifadə etdiklərinə görə vəzifəsindən azad edilib.
İctimaifikir.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, söhbət iki diplomat və müqavilə ilə işləyən dörd əməkdaşdan gedir. Məlumata görə, qanun pozuntusu ABŞ-ın Əfqanıstandakı səfirliyində aparılan xüsusi araşdırma zamanı üzə çıxıb. Narkotik vasitələrin növü barədə hər hansı məlumat verilmir.