Cənubi Koreya məhkəməsi sabiq prezident barəsində həbs qərarı çıxarıb

Cənubi Koreya məhkəməsi sabiq prezident Pak Kın He barəsində həbs qərarı çıxarıb.

Cənubi Koreya məhkəməsi sabiq prezident barəsində həbs qərarı çıxarıb

İctimaifikiraz-ın APA-ya istinadən məlumatına görə, bu barədə "YTN” telekanalı xəbər verib.

Koreya Respublikasının prokurorluğu məhkəməyə müvafiq sorğu ilə martın 27-də müraciət etmişdi. Beləliklə, məhkəmə istintaq tərəfindən irəli sürülən ittihamlar ilə razılaşıb. İttihamlar əsasən rüşvət və hakimiyyətdən sui-istifadə etməklə bağlıdır.




[email protected]