Ağstafa rayonunun 21 yaşlı sakini dərmandan zəhərlənib.
İctimaifikir.az-ın "Report"-a istinadən məlumatına görə, hadisə gecə saatlarında, rayonun Dağ Kəsəmən kəndində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Qocayev Şura Arzuman oğlu başında yaranmış ağrının qarşısını almaq məqsədilə ağrıkəsici "Eritrometsin" dərmanını normadan çox qəbul etdiyi üçün zəhərlənib. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və Ş. Qocayeva həkimlər tərəfindən tibbi yardım göstərilib. Ş.Qocayev reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.