"Qəbələ”nin baş məşqçisi RomanQriqorçuk işini bəyəndiyi baş məşqçilərin adını açıqlayıb.
İctimaifikir.az-ın Qol.az-a istinadən məlumatına görə, ölkəsinin mətbuatına danışan ukraynalı mütəxəssis ortabab klublarla yüksək nəticələr göstərən mütəxəssislərin işini daha çox bəyəndiyini vurğulayıb.
O bildirib ki, "Lester”dən istefaya göndərilən Klaudio Ranyeri və "Monako"nın baş məşqçisi Leonardo Jardimlə görüşməyə hazırdır:
"Mən seçim qarşısında olsam, Klauido Ranyeri və Leonardo Jardimi qəhvə içməyə dəvət edərdim. Ranyeri "Lester”ə tarixi ərzində ilk dəfə heç kimin gözləmədiyi çempionluğu yaşatdı. Jardim isə Çempionlar Liqasında İngiltərə nəhəngi "Mançester Siti”ni mübarizədən kənarlaşdırdı”.