Eks-baş nazir: “Həbs qərarı Putinin sifarişidir”

Rusiya məhkəməsinin mənim haqqımda qiyabi həbs qərarı çıxarması siyasi sifarişdir.

Eks-baş nazir: “Həbs qərarı Putinin sifarişidir”

İctimaifikir.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın keçmiş baş naziri Arseni Yaçenyuk söyləyib.

"Rusiya İstintaq Komitəsi və məhkəmələri birbaşa Prezident Putinin əmrlərini yerinə yetiriblər. O, Rusiyaya qarşı sanksiyalara, Ukraynanın enerji asılılığının yox olmasına və digər səbəblərə görə bizdən qisas alır. Buraya həmçinin Ukraynanın Avropaya yön götürməsi də daxildir. Bu qərar Ukraynaya qarşı siyasi sifarişdir”, – o bildirib.

Qeyd edək ki, martın 27-də Yessentuki məhkəməsi Yaçenyuk haqda həbs qərarı çıxarıb. O, 1994-1995-ci illərdə Çeçenistandakı döyüşlərdə iştirakda ittiham olunub.




[email protected]