Çində 5,1 bal gücündə zəlzələ baş verib

Çinin qərbindəki Yunnan vilayətində bu gün səhər 5,1 bal gücündə zəlzələ baş verib.

 İctimaifikir.az-ın "Report"-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Seysmik Mərkəzi xəbər verib. 

Xəbərdə bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 07:55-də, Dali-Baysk muxtar dairəsinin Danbi rayonunda qeydə alınıb. Zəlzələnin episentri 12 kilometr dərinlikdə yerləşib.

Bir qədər sonra daha bir neçə zəif seysmik təkanlar baş verib. Hələlik xəsarət alanlar və dağıntılaar barəsində məlumat yoxdur.




[email protected]