SON XƏBƏRLƏR
Tovuzda 16 yaşlı qız dönərdən zəhərlənib

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.

 İctimaifikir.az-ın  məlumatına görə, Tovuz rayon Qovlar kənd sakini, 2001-ci il təvəllüdlü Hüseynova Gülər Faiq qızı yediyi dönərdən zəhərlənib.

O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və G.Hüseynovaya dərhal tibbi yardım göstərilib. Yeniyetmə reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.




[email protected]