Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
İctimaifikir bildirir ki, "Report"un Cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının Təzə Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Cəlilabad rayonu Göytəpə şəhər sakini, 1981-ci il təvəllüdlü Mirqoşqar Mürsəlov Mirşamil oğlunun idarə etdiyi "VAZ-21011” markalı avtomobillə Masallı rayonu Seybətin kənd sakini, 1980-cı il təvəllüdlü Rəhim İsmayılov Əlifağa oğlunun idarə etdiyi "Mercedes” markalı minik avtomobil toqquşub.
Nəticədə "VAZ"-ın sürücüsü M.Mürsəlov hadisə yerində dünyasını dəyişib. R.İsmayılov ağır vəziyyətdə Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.
Faktı BDYP İstintaq və Təhqiqat idarəsi araşdırır.