İsveçrə “Ərdoğanı öldürün” əmrinə istintaq başlatdı

Bern-Mittelənd prokurorluğu paytaxt Berndə PKK tərəfdarlarının təşkil etdiyi "referenduma yox” mitinqində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf göstərən plakatla bağlı istintaq başladıb.

İsveçrə “Ərdoğanı öldürün” əmrinə istintaq başlatdı

İctimaifikir.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə İsveçrə mətbuatı məlumat yayıb.

İstintaq prosesinin mitinqlə bağlı icazə şərtlərinin pozulmasına görə başladıldığı bildirilir.

Xatırladaq ki, "Ərdoğanı öldürün” yazılmış plakatda Türkiyə prezidentinin başına silah dayanmış halda təsviri yer alıb. Hadisə Türkiyədə böyük etirazla qarşılanıb və bu gün İsveçrənin Ankaradakı səfiri Valter Haffner Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.




[email protected]