Sumqayıt-Bakı yolunda ənənəvi bazar ertəsi tıxacı - 7-8 km

Bu saatlarda Sumqayıt-Bakı yolunda 7-8 kilometrlik tıxac yaşanır. 

 Əməkdaşlarımızın verdiyi xəbərə görə, tıxac Xırdalandan başlayır, "20 Yanvar" metrostansiyasına qədər davam edir.

Bildirilir ki, bu ənənəvi bazarertəsi və bayramsonrası tıxacdır. Belə ki, hər dəfə bayram tətillərindən sonra, eləcə də həftənin bazar ertəsi günləri Bakının şimal və qərb istiqamətlərində paytaxta daxi olmaq çətinləşir. Buna səbəb eyni zaman kəsiyində on minlərlə avtomobilin şəhərə daxil olmasıdır. 




[email protected]