Azərbaycan bankları yanvarda 7 yeni bankomat quraşdırıb

Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən bankların filiallarının sayı sabit – 569 qalsa da, bank şöbələrinin sayı 1 ədəd artaraq 132-yə yüksəlib.


Bu barədə İctimaifikir.az "Report” -a istinadən xəbər verir.

Məlumatda, həmçinin bildirilir ki, ay ərzində banklar 7 yeni bankomat quraşdıraraq ATM qurğularının sayını 2 468-ə çatdırıb.

Hesabat dövründə bank sektorunun işçi heyəti isə 19 nəfər azalaraq 16 928-ə düşüb. 




[email protected]