Türkiyə xaricdə ilk hərbi bazasının açılışına hazırlaşır

Türkiyənin Somalinin paytaxtı Moqadişoda inşa etdiyi hərbi təlim bazasının aprel ayında istifadəyə verilməsi planlaşdırılır.

Türkiyə xaricdə ilk hərbi bazasının açılışına hazırlaşır

Türkiyə quraqlıq qədər terror hücumları ilə də üzləşən Somalidə ilk hərbi bazasını inşa edib.

Türkiyənin xaricindəki ən böyük hərbi bazası olacaq olan Somalidəki hərbi təlim bazasının aprel ayında istifadəyə verilməsi nəzərdə tutulur.

Paytaxt Moqadişoda inşa olunan hərbi bazada Somali ordusunun hərbçiləri başda olmaqla Afrikanın bir çox ölkəsindən gələcək olan hərbçilər təlim görəcək.

Bazanın açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ordunun baş qərargah rəisi general Hülusi Akarın da iştirak etməsi gözlənilir.

Qeyd edək ki, inşasına 2015-ci ilin mart ayında başlanılan baza 50 milyon dollara başa gəlib. 40 hektarlıq ərazisi olan bazada 32 min kvadrat metr qapalı sahə var. 3 hərbi məktəbin da iştirak yerləşdiyi bazada eyni anda min əsgər təlim görə biləcək.

 




[email protected]