Almaniyanın maliyyə naziri Volfqanq Şoybleyə içərisində partlayıcı qurğu olan bağlama göndərilib.
İctimaifikir.az APA-ya istinadən xəbər verir ki, V. Şoybleyə ünvanlanan şübhəli bağlamanı nazirliyin ekspeditor xidmətinin əməkdaşları aşkarlayıb.
Hadisə yerinə cəlb edilən mütəxəssislər qutuda pirotexnika məhsullarının istehsalında istifadə edilən partlayıcı maddə tapıblar. Berlin polisinin nümayəndəsi tapıntının təhlükə kəsb etdiyini təsdiqləyib.