Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
İctimaifikir.az Musavat.com -a istinadən xəbər verir ki, 41 yaşlı Namiq İsrafil oğlu Məmmədov Naxçivanski küçəsi 78 ünvanından iki bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Alın və bud nahiyələrində bıçaq xəsarətləri olan Namiq Məmmədova tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
Hadisə barədə Nizami Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları yaralını dindirərək əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat keçirilir. Faktla əlaqədar cinayət işi başlanıb.