Gürcüstanda azərbaycanlının evi yarılıb

Telavi rayonundakı azərbaycanlıların kompakt yaşadığı Qaracalar kəndində oğurluq hadisəsi baş verib.

 

Gürcüstanda azərbaycanlının evi yarılıb

İctimaifikir.az xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, üç nəfər maskalı şəxs soyğunçuluq məqsədilə kənd sakini Camal Kamaloğlunun evinə giriblər. Soyğunçular ev sahibini döyərək onun evindən bir ov tüfəngi və 500 lari məbləğində pul götürüblər.

Hadisədən xəbər tutan polis şübhəli bilinən üç nəfəri saxlayıb. Məlumata görə, saxlanılan şəxslər həmin kəndin sakinləridir. Hazırda hadisə ilə bağlı cinayət işi qaldırılıb. Gürcüstan CM-nin 179-cu (oğurluq etmə) maddəsinə əsasən araşdırma aparılır.


[email protected]