Messi Suriyada müharibəni dayandırmağa çağırıb

Argentina yığması və Kataloniya "Barselona"sının futbolçusu Lionel Messi Suriyada müharibənin dayandırılmasını tələb etmək üçün birləşməyə çağırıb.

 Messi Suriyada müharibəni dayandırmağa çağırıb

İctimaifikir.az "Report"-a istinadən  xəbər verir ki, bu barədə o, öz "Facebook" səhifəsində yazıb.

 

"Müharibə üçün bir gün belə çoxdur. Suriyada isə uşaqlar artıq altı ildir ki, amansız və qəddar hərbi münaqişənin əsirinə çevriliblər. Bu, bir ata və UNİCEF-in səfiri kimi mənim ürəyimi ağradır. Müharibənin dayandırılması üçün öz səsinizi UNİCEF-ə əlavə edin", - deyə Messi yazıb.




[email protected]