Xosep Qvardiola məşqçi karyerasında ilk dəfə ÇL-nin ¼ finalına adlaya bilməyib

"Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola karyerasında ilk dəfə Çempionlar Liqasının ¼ finalına adlaya bilməyib
Xosep Qvardiola məşqçi karyerasında ilk dəfə ÇL-nin ¼ finalına adlaya bilməyib
İctimaifikir.az-ın APA-ya istinadən  məlumatına görə, "Mançester Siti” iki oyunun nəticələrinə görə "Monako”ya məğlub olaraq (5:3, 1:3) Avropanın ən nüfuzlu futbol turnirini tərk edib

Bundan əvvəl "Bavariya” klubuna rəhbərlik edən Xosep Qvardiola iki dəfə "Barselona” ilə Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsinə İspaniyanın "Real", "Barselona", "Atletiko”, Almaniyanın "Borussiya" (Dortmund), "Bavariya", İngiltərənin "Lester", İtaliyanın "Yuventus” və Fransanın "Monako” klubu vəsiqə qazanıb.


[email protected]