Son 13 ildə ilk dəfə

Azərbaycan Premyer Liqasının XXII turu qeyri-adiliklə tarixə düşüb.

Son 13 ildə ilk dəfə

İctimaifikir.az apasport.az-a istinadən xəbər verir ki, IV dövrənin ilk turunun bütün matçlarında meydan sahibləri eyni hesabla qalib gəlib.

4 görüşün hamısında 1:0 hesabı qeydə alınıb. "Kəpəz" "Zirə"ni, "İnter" "Sumqayıt"ı, "Qarabağ" AZAL-ı, "Neftçi" isə "Qəbələ"ni 1 cavabsız qolla məğlub edib.
 
Ölkə futbolunda canlanmanın, yeni komandaların yaranması ilə əlamətdar olan 2004-cü ilin yayından sonrakı dövrün araşdırması göstərir ki, bu 13 ildə belə hadisə ilk dəfə yaşanıb.
 
Söhbət ən azı 4 oyunu baş tutan turun bütün matçlarında eyni nəticənin qeydə alınmasından gedir.




[email protected]