Meksikada bir şəhərin bütün polisləri tərksilah edilərək saxlanılıblar

Meksikanın Xalisko ştatındakı Okotlan şəhərinin bütün polisləri zorla tərksilah edilərək saxlanılıblar.

 Meksikada bir şəhərin bütün polisləri tərksilah edilərək saxlanılıblar

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyatın səbəbi rəsmi açıqlanmasa da, asayiş keşikçilərinin saxlanılmasına səbəb kimi, onların sıralarında cinayətkar elementlərin yer alması göstərilir. Okotlan şəhərində asayişə nəzarəti Xalisko polisi həyata keçirir.

Saxlanılan polis əməkdaşları Qvadalaxara şəhərinə aparılaraq tam yoxlanılacaqlar. Onların polis sıralarında qalıb-qalmaması yoxlamanın nəticəsindən asılı olacaq.





[email protected]