Futbol üzrə İngiltərə Kubokunda yarımfinal mərhələsinin püşkatması keçirilib.
"İctimaifikir.az"-ın APA-ya istinadən verdiyi məlumata görə, püşk nəticəsində "Çelsi" komandası "Tottenhem Hotspur”a, "Arsenal" isə "Mançester Siti"yə rəqib olub.
Matçlar aprelin 22-23-də Londonun "Uembli” stadionunda keçiriləcək.