BMT Nyu Yorkdakı baş ofisini bağlayır

BMT-nin mənzil-qərargahı Nyu-Yorka doğru irəliləyən qar çovğunu ilə əlaqədar bu gün bağlı olacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın şimal-şərq ərazisində martın 14-də qeyr-sabit hava şəraiti hökm sürəcək. Gün ərzində qarlı və şaxtalı hava davam edəcək. Sinoptiklər sutka ərzində 30-45 sm-dək qarın yağacağını proqnozlaşdırır.

Nyu-Yorkda hava şəraiti ilə əlaqədar məktəblər bir günlüyə bağlanıb, hava limanlarında isə 1 500 çox uçuş ləğv edilib.




[email protected]