Qırğızıstan erməniyönlü redaktoru deportasiya etdi

Qırğızıstan polisi Rusiyanın erməniyönlü "Reqnum” agentliyinin şef-redaktorunu ölkədən deportasiya edib.

Qırğızıstan erməniyönlü redaktoru deportasiya etdi

"İctimaifikir.az" Axar.az -a istinadən xəbər verir ki, rəsmi Bişkek Qriqori Mixaylovun Qırğızıstana yenidən geri dönməsinə də qadağa qoyub. Hələlik şef-redaktorun nəyə görə ölkədən deportasiya edilməsi haqqında heç bir məlumat verilmir.

Mixaylov Qırğızıstandan Rusiyaya yox, Qazaxıstana yola salınıb.

Qeyd edək ki, bir müddət öncə "Reqnum” agentliyinin iki jurnalisti Belarusda həbs edilmişdi. Onların da nəyə görə həbs edildiyi haqqında heç bir məlumat verilməmişdi.




[email protected]