SON XƏBƏRLƏR
Rusiyada spirtli içkidən 4 nəfər ölüb

Rusiyada ölümlə nəticələnən zəhərlənmə faktı qeydə alınıb.
Rusiyada spirtli içkidən 4 nəfər ölüb
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın Kamçatka diyarında spirtli içkidən zəhərlənən 4 nəfər ölüb, daha 5-i ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, "İzumrud” balıqçı gəmisinin ekipaj üzvləri tərkibində metil spirti olan içkidən zəhərləniblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


[email protected]