PKK terrorçularının 19 sığınacağı məhv edilib

Türkiyənin cənub-şərqində PKK terrorçularına qarşı irimiqyaslı əməliyyat davam edir.

 PKK terrorçularının 19 sığınacağı məhv edilib

"İctimaifikir.az" "Report"-a istinadən xəbər verir ki, əməliyyatlarda təhlükəsizlik qüvvələrinin 7 minədək əməkdaşı iştirak edir. Diyarbəkir rəhbərliyinin verdiyi xəbərə görə, son sutka ərzində Lise rayonunda terrorçulara kömək etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Eyni zamanda iki yaşayış məntəqəsindəki 8 evdə axtarışlar aparılıb.

 

Məlumatda həmçinin qeyd olunur ki, martın 5-dən başlayan əməliyyatlarda terrorçuların 19 sığınacağı və 7 obyekti, həmçinin külli miqdarda narkotik maddələri məhv edilib.




[email protected]