Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.
Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hakimlər hökm oxumaq üçün müavirəyə çıxıb və proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Artıq hökmün oxunacağı gün də bəlli olub. Ş.Sultanovun vəkili Telman Abdiyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, proses martın 17-i saat 11-ə təyin edilib.
Qeyd edək ki, Ş.Sultanov mənimsəmə və vəzifə-səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir. Dövlət ittihamçısı Ş.Sultanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.