Baş nazirin Milli Məclis qarşısında son “imtahanı”?..

"Milli Məclisin yaz sessiyasının növbəti iclası martın 17-də keçiriləcək”.

Baş nazirin Milli Məclis qarşısında son “imtahanı”?..
Bunu   Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

 A.Təvəkküloğlu əlavə edib ki,  parlamentin yaz sessiyasının martın 17-də iclasının gündəliyinə 1 məsələ daxil edilib.

 Gündəliyə daxil olan məsələ aşağıdakıdır:

 "Azərbaycan Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında” hesabatı”.

Martın 17-də Milli Məclisə hesabatı Baş nazir Artur Rasizadə verəcək.
Bu arada bəzi iddialara görə, bu, 82 yaşlı Baş nazirin hökumət adından verəcəyi son hesabat ola bilər. Məlumatlara görə, Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması ilə əlaqədar yaxın aylarda hökumətin strukturunda ciddi dəyişiklik gözlənilir. Bu dəyişiklik nəticəsində 82 yaşlı Artur Rasizadənin vəzifəsilə vidalaşacağı haqda deyilənlər də iddialar sırasındadır.

 




[email protected]