Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları Novruz Bayramı günlərində fəaliyyətini dayandırmayacaq.
"İctimaifikir.az"-ın məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı banklara müraciət edib.
Müraciətdə banklara Novruzda (martın 18-26-da) mərkəzi filiallarının fəaliyyət göstərməsi tapşırılıb.