Saatlı və Lənkəranda yanğın olub

Saatlı rayonu, Mollavazlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m2 sahədə yanıb.

Saatlı və Lənkəranda yanğın olub

"İctimaifikir.az" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan sexin dam örtüyünün yanar konstruksiyaları 25 m2 sahədə və içərisində olan 3 ədəd dəzgah yanıb.

"İctimaifikir.az" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, sexin qalan hissəsi və bitişik qaraj yanğından mühafizə olunub. Yanğın saat 05:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.




[email protected]