Azərbaycanda qadın qohumunu bıçaqladı

Ağstafa rayon sakini xəsarətlə xəstəxanaya yerləşdirilib.

Azərbaycanda qadın qohumunu bıçaqladı

"İctimaifikir.az" APA-ya istinadən xəbər verir ki, rayonun Köçəsgər kənd sakini 1978-ci il təvəllüdlü ƏIiyev Ayaz Nizami oğlu sol kürək nahiyəsinin iti alətlə kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. ƏIiyev Ayazı onun əmisi qızı, 1961-ci il təvəllüdlü Əliyeva Mahirə Cavad qızı bıçaqlayıb.

İlkin ehtimala görə, hadisə şəxsi mübahisə zəminində baş verib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.




[email protected]