Ağstafada 39 yaşlı Əliyev Ayaz Nizami oğlunun bıçaqlanmasının təfərrüatları məlum olub. "İctimaifikir.az" "Report"a istinadən xəbər verir ki, onun tanışı olan və kimliyi hələlik açıqlanmayan qadın tərəfindən bıçaqlandığı məlum olub. İlkin ehtimala görə, hadisəyə səbəb şəxsi münaqişə olub. Faktla bağlı araşdırma aparılır.
00:15
Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Köçəsgər kəndində baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Ayaz Nizami oğlu şəxsiyyəti hələlik müəyyənləşdirilməyən şəxs tərəfindən sol kürək nahiyəsindən bıçaqlanaraq ağır yaralanıb. O, yaxınları tərəfindən Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralı həkimlər tərəfindən əməliyyat edilib. Xəstəxanadan verilən məlumata görə, A. Əliyevin vəziyyəti orta ağırdır.
Ağstafa Rayon Polis Şöbəsindən verilən məlumata görə, A.Əliyev polisə yıxılaraq yaralandığını bildirib. Hazırda hadisənin başvermə səbəbləri və hadisəni törətmiş şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.