Gürcüstandan Azərbaycana pirotexniki vasitələrin gətirilməsinin qarşısı alınıb

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan istiqamətindən idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21063" markalı minik avtomobilinə gömrük baxışı keçirilib.

 Gürcüstandan Azərbaycana pirotexniki vasitələrin gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən   verilən məlumata görə, yoxlama zamanı avtomobilin sağ və sol arxa qanadlarının altından, motor hissəsindən və nəqliyyat vasitəsinin altında düzəldilmiş gizli saxlanc yerindən 34 qutu pirotexniki vasitələr aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.




[email protected]