Mən Moskva və Kremldə işləməzdən öncə dəfələrlə Türkiyədə istirahət etmişəm.
"İctimaifikir.az" Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra jurnalistlərə açıqlamasında söyləyib.
"Mən Moskva və Kremldə işləməzdən öncə dəfələrlə Türkiyədə istirahət etmişəm. Bu istirahətdən sonra məndə Türkiyə ilə bağlı ən səmimi və yaxşı hislər qalıb. Milyonlarla rusiyalı öz məzuniyyətlərini Türkiyə kurortlarında keçiriblər. Əminəm ki, Ankara onların təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcək”, – deyə o bildirib.