Bakıda üzərində xəsarətlər olan meyit tapılıb

Bakı küçələrindən birində kişi meyiti tapılıb.



Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon sakini, 1963-cü il təvəllüdlü Yalçın Fikrət oğlu Qocayevin üzərində xəsarətləri olan meyiti aşkar edilib. Onun ölməzdən əvvəl sərxoş olduğu və aldığı kəllə-beyin travmasından dünyasını dəyişdiyi ehtimal edilir.

Baş vermiş hadisə ilə bağlı müvafiq ekspertizalar təyin edilib.

Hazırda ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar davam etdirilir.


[email protected]