Tovuzda DƏHŞƏTLİ QƏZA: 1 ölü, 2 yaralı

Tovuzda ölümlə nəticələnən qəza olub.

Tovuzda DƏHŞƏTLİ QƏZA: 1 ölü, 2 yaralı

 Qovlar-Quşçu avtomobil yolunda "BMW" və "VAZ 2107” markalı avtomobillər toqquşub.

Nəticədə "VAZ"ın sərnişini, Aşağı Quşçu kənd sakini, 24 yaşlı Nuriyev Samir Sahib oğlu dünyasını dəyişib. "BMW"nin sürücüsü, Sumqayıt sakini, 26 yaşlı Əbdülrəhmanov Ceyhun Şahin oğlu isə yüngül xəsarətlə, "VAZ 2107” markalı avtomobillin sürücüsü 24 yaşlı Həsənov Ramil Sahib oğlu isə ağır xəsarətlərlə Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Sonuncunun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 




[email protected]