Son günlər üzrə respublikanın çay və transsərhəd çaylarında mövcud vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-180, Kiçik Qafqazın çaylarında 210-300, Lənkəran-Astara bölgəsi çaylarında isə 110-210 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, martın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 230 m3/s olmaqla ongünlük normanın 95 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 270 m3/s olmaqla ongünlük normanın 112 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 55 m3/s olmaqla, ongünlük normanın 66 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 99 m3/s təşkil edərək ongünlük normanın 120 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, martın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 2, Salyanda 7, Araz çayının Novruzlu məntəqəsində 20 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 398 sm (2016-cı il martın 10-da 426 sm), Şirvanda 263 sm (2016-cı il martın 10-da 285 sm), Salyanda 200 sm (2016-cı il martın 10-da 233 sm), Bankədə 188 sm (2016-cı il martın 10-da 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 103 sm (2016-cı il martın 10-da 145 sm) təşkil edir.