Sankt-Peterburqda Azərbaycan vətəndaşı ağır yaralanıb

Azərbaycan vətəndaşı Sankt-Peterburq şəhərinin Nevski rayonunda döyülüb və güllə yaraları alıb.

Sankt-Peterburqda Azərbaycan vətəndaşı ağır yaralanıb

Martın 9-na keçən gecə 2-ci Rabfakovski küçəsində iki kişi arasında münaqişə yaranıb.

Nəticədə davanın iştirakçılarından biri, 40 yaşlı Azərbaycan vətəndaşı ağır vəziyyətdə Aleksandr xəstəxanasına çatdırılıb.

O, xəstəxanaya hər iki ayağından güllə yarası almış vəziyyətdə, qapalı kəllə-beyin travması, beyin silkələnməsi, baldırında, sol əlində güllə yarası, burun sümüklərinin sınması diaqnozu ilə yerləşdirilib.

Məlumata görə, o, Sankt-Peterburqda qeydiyyatsız yaşayıb. Faktla bağlı cinayət işi açılıb.




[email protected]