Vaşinqtonda anti-İŞİD koalisiyasının toplantısı keçiriləcək

Terrorçu İŞİD qruplaşması ilə mübarizə aparan 68 dövlətin təmsilçisinin iştirakı ilə Vaşinqtonda toplantı keçiriləcək.

"İctimaifikir.az" "Report"-a isinadən xəbər verir ki, bunu ABŞ-ın Prezident Administrasiyasının iki nümayəndəsi bildirib.

İnformasiyaya əsasən, görüşün martın 22-23-də keçirilməsi nəzərdə tutulub.

ABŞ prezidenti Donald Trampın administrasiyasının təşkil etdiyi toplantıya 68 dövlətin xarici işlər nazirləri ilə yanaşı beynəlxalq təşkilatların nümayəndələri də qatılacaq. Xəbərdə bildirilib ki, iclasa ABŞ-ın dövlət katibi Reks Tillerson başçılıq edəcək.

 




[email protected]