Göygöldə Kəlbəcərdən məcburi köçkün olan qadın qohumu olan kişini qətlə yetirib.
ARB Kəpəz xəbər verir ki, hadisə rayonun Murovdağ qəsəbəsində baş verib.
Qohumluq əlaqəsində olan 43 yaşlı Şiraslan Atayevlə 80 yaşlı Mərquş Bayramova arasında yaranan münaqişə birincinin mətbəx bıçaqı ilə öldürülməsi ilə nəticələnib.
Rayon Polis Şöbəsindən verilən məlumata görə, münaqişənin kişinin sərxoş olmasından qaynaqlandığı ehtimal edilir. Hadisəni törədən yaşlı qadın saxlanılıb.
Göygöl Rayon Prokurorluğunda açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.